ABŞ-ın dövlət katibi Türkiyəyə səfər edəcək

ABŞ-ın dövlət katibi Türkiyəyə səfər edəcək
# 09 fevral 2018 17:45 (UTC +04:00)

ABŞ-ın dövlət katibi Reks Tillerson Türkiyəyə səfəri zamanı Suriyanın Afrin bölgəsindəki vəziyyəti müzakirə etmək niyyətindədir.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin nümayəndəsi bildirib.

“Dövlət katibi Ankarada ikitərəfli münasibətlər, regionda, o cümlədən Afrindəki vəziyyəti müzakirə edəcək”, məlumatda deyilir.

Gələn həftə regiona səfəri çərçivəsində R.Tillerson həmçinin İordaniya, Livan, Misir və Küveytə səfər edəcək.

Qeyd edək ki, yanvarın 21-dən Türkiyə Baş Qərargahı Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR