Bakıda qayınanasını qətlə yetirən şəxs 19 il azadlıqdan məhrum edilib

Bakıda qayınanasını qətlə yetirən şəxs 19 il azadlıqdan məhrum edilib
# 17 iyul 2018 09:48 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Cavad İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, C. İbrahimov 19 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Cavad İbrahimovun qayınanası Nigar Niftəliyeva ilə problemləri yaranıb. Təqsirləndirilən şəxs epilepsiya xəstəsi olan qayınanasını dəfələrlə döyüb. Bir neçə dəfə Nigar Niftəliyeva huşunu itirib. Sonuncu dəfə isə Cavad İbrahimov bu ilin yanvar ayında yaşadıqları Yasamal rayonunda qayınanası Nigar Niftəliyevanı azyaşlı oğlu Camalın göz qarşısında yumruq və təpiklə döyüb. Aldığı zərbələrdən yerə yıxılan Nigar Niftəliyeva ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR