Qusarda traktor sürücüsü kanala düşüb

Qusarda traktor sürücüsü kanala düşüb
# 25 may 2018 22:02 (UTC +04:00)

Qusarda traktor sürücüsü Samur-Abşeron kanalına düşüb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Qusar rayonun Urva-Palasa kəndində qeydə alınıb.

Qusarın Əcəxur kənd sakini Nəbiyev Dəyanət Didar oğlu idarə etdiyi "T 25" markalı traktorla idarəetməni itirərək Samur-Abşeron kanalına düşüb. Hazırda həmin şəxsin axtarışları davam etdirilir .

Faktla bağlı araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR