Bakıda iki ev yanıb

Bakıda iki ev yanıb
# 08 avqust 2017 17:49 (UTC +04:00)

Bakıda iki ev yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Suraxanı rayonunda baş verib.

Vətəndaşa məxsus ümumi sahəsi 70 m² olan birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları, ev əşyaları 35 m² sahədə və bitişik tikilmiş digər vətəndaşa məxsus ümumi 60 m² olan 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 40 m² sahədə yanıb. Evlərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR