Qubada “Hündür günbəzli hamam”da təmir-bərpa işləri aparılır

Qubada “Hündür günbəzli hamam”da təmir-bərpa işləri aparılır
# 07 mart 2018 12:56 (UTC +04:00)

Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən Quba şəhərində yerləşən “Hündür günbəzli hamam”da təmir-bərpa işləri həyata keçirilir.

Qurumun mətbuat katibliyindən APA-ya verilən məlumata görə, “Hündür günbəzli hamam” Nazirlər Kabinetinin müvafiq qərarı ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri siyahısına daxil edilib.

Abidə Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin maliyyə dəstəyi ilə bərpa olunur.

Tarixi abidənin bərpası istiqamətində işlər davam etdirilir. Ötən müddət ərzində abidənin fasad və daxili divarlarında yaranmış fəsadlar aradan qaldırılıb. Tarixi abidənin qapı və pəncərələri yeniləri ilə əvəz edilib, isitmə, soyutma avadanlıqları quraşdırılıb, hasarı bərpa olunub. Ərazinin abadlaşdırılması və digər işlər həyata keçirilir.

Qeyd edək ki, “Hündür günbəzli hamam” XIX əsrdə şərq memarlığı üslubunda inşa olunub. Tikintisində bişmiş kərpicdən istifadə edilib. Tarixi abidədə sonuncu dəfə 1986-1987-ci illərdə təmir-bərpa işləri aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR