Qaxda it sahibini dişləyib

Qaxda it sahibini dişləyib
# 16 mart 2018 21:03 (UTC +04:00)

Qaxda it sahibini dişləyib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün rayonun Ləkit kənd sakini, 1978-ci il təvəllüdlü Ramin Nizami oğlu Camalov sol ayağın it dişləməsi xəsarəti ilə Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan APA-ya verilən məlumata görə, müayinə zamanı Ramin Camalovu yaşadığı ünvanda saxladıqları itin hücumuna məruz qaldığı məlum olub.

Ramin Camalova lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR