Azərbaycanda yaşayan Rusiya vətəndaşlarının 83,3 faizi Putinə səs verib

Azərbaycanda yaşayan Rusiya vətəndaşlarının 83,3 faizi Putinə səs verib
# 19 mart 2018 11:38 (UTC +04:00)

Azərbaycanda Rusiyada prezident seçkiləri ilə bağlı keçirilmiş səsvermənin nəticələri açıqlanıb.

Rusiyanın Azərbaycandakı səfirliyinin rəsmi səhifəsində yer alan məlumata görə, səfirlikdə açılmış səsvermə məntəqəsində 1517 Rusiya vətəndaşı iştirak edib.

Səsvermənin nəticəsinə əsasən Baburin S.N. 5 səs (0,33 faiz), Qrudinin P.N. 119 səs (7,92 faiz), Jirinovski V.V. 35 səs (2,33 faiz), Putin V.V 1252 səs (83,3 faiz), Sobçak K.A. 57 səs (3,79 faiz), Suraykin M.A. 7 səs (0,47 faiz), Titov B.Y 11 səs (0,73 faiz) və Yavlinski Q.A.17 səs (1,13 faiz) toplayıb.

Bildirilir ki, səsvermə prosesi ilə bağlı səfirliyə heç bir şikayət daxil olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR