TİKA və "Anadolu" agentliyinin təşkilatçılığa ilə "Enerji müxbirliyi" kurslarına start verilib

TİKA və "Anadolu" agentliyinin təşkilatçılığa ilə "Enerji müxbirliyi" kurslarına start verilib
# 23 oktyabr 2017 12:49 (UTC +04:00)

Türkiyənin İş Birliyi və Koordinasiya Agentliyi (TİKA) və "Anadolu" agentliyinin təşkilatçılığa ilə xarici jurnalistlər üçün "Enerji müxbirliyi" kurslarına start verilib.

Kurslarda Azərbaycan jurnalistləri, o cümlədən "APA-Economics"in müxbiri də iştirak edir. Ümumilikdə tədbirə Azərbaycan, Qırğızıstan, Ukrayna, Özbəkistan və Monqolustandan 23 nəfər cəlb edilib.

İştirakçılar Enerji və Təbii Ehtiyatlar Nazirliyi, Enerji Bazarının Tənzimlənməsi İdarəsi (EPDK) və "Türkiye Petrolleri" dövlət şirkətinin ekspertləri ilə təmasda olacaqlar. Bundan başqa, "Anadolu" agentliyinin energetika üzrə redaktorları, Ankara Universitetinin, Yaxın Şərq Texniki Universiteti, Enerji Hüququ Araşdırma İnstitutu və Enerji Bazarları və Siyasət İnstitutunun professor-müəllim heyətini kurs iştirakçıları ilə bilikləri ilə bölüşəcəklər.


Kursu fərqlənmə ilə bitirən iştirakçılar müvafiq sertifikatla mükafatlandırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR