Türkiyənin “Karşıyaka” klubu azərbaycanlı futbolçuya olan borcunu qaytarıb

Türkiyənin “Karşıyaka” klubu azərbaycanlı futbolçuya olan borcunu qaytarıb
# 06 fevral 2018 12:08 (UTC +04:00)

Türkiyənin II liqasında mübarizə aparan “Karşıyaka” Azərbaycan millisinin sabiq müdafiəçisi Mahir Şükürova borcunu qaytarıb. Apasport.az saytının məlumatına görə, bu barədə məlumatı “Karşıyaka”nın vitse-prezidenti Gökhan Şensan verib.

O, yerli mətbuata açıqlamasında bu gün Şükürovla görüşdüklərini və ortaq məxrəcə gəldiklərini bildirib.

Vitse-prezidentin sözlərinə görə, futbolçu 1,5 milyon lirəlik borcun 1 milyonundan imtina edib: “Biz də ona 500 min lirə (224 min manat) ödədik. Əgər Şükürovla bu məsələdə razılığa gəlməsəydik, bizə qoyulan vaxt bu gün bitəcək və klubun 6 xalı silinəcəkdi. Onunla görüşərək, xal silinmə cəzasından qurtulduq. Mahir Şükürova xoş niyyətli davranışına görə təşəkkür edirik. Bundan sonrakı idman həyatında ona uğurlar arzulayırıq. Klub rəhbərliyi qısa müddətdə böyük yükün altına girdi. Bunun öhdəsindən gəlməyə çalışırıq”.

Qeyd edək ki, Mahir Şükürov 2014-15 mövsümündə “Karşıyaka”nın heyətində 19 oyun keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR