® “Bank of Baku”nun müştəriləri tezliklə ev sahibi olacaq

<font color=red>® </font>  “Bank of Baku”nun müştəriləri tezliklə ev sahibi olacaq
# 01 mart 2017 07:32 (UTC +04:00)

Ev əldə etmək arzusunda olan şəxslər “Bank of Baku”nun təqdim etdiyi ipoteka kreditlərindən faydalana bilərlər. Azərbaycan İpoteka Fondunun müvəkkil təşkilatlarından biri olaraq Bank of Baku mənzil almaq istəyən şəxslərə fondun ayırdığı vəsait hesabına 100 000 manatadək həcmində kredit təklif edir.

Kreditin maksimal müddəti 25 il, maksimal illik faiz dərəcəsi 8% təşkil edir. Şərtlərə əsasən tələb olunan ilkin ödəniş məbləği 30% həcmindədir. Kreditin rəsmiləşdirilməsi üçün tələb olunan ilkin sənədlər aşağıdakılardan ibarətdir:

- Şəxsiyyəti təsdiq edən sənəd və sənədin surəti;

- Nikah (və ya nikahın pozulması) haqqında şəhadətnamə və sənədin surəti;

- Yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri və həmin sənədlərin surəti;

- İş yerini və gəlirlərini təsdiq edən sənədlər.

Sərfəli şərtlərlə mənzil sahibi olmaq istəyən şəxslər https://e-ipoteka.az/ saytından qeydiyyat keçib, ərizə formasını doldurmaqla “Bank of Baku”ya müraciət edə bilərlər.

İpoteka krediti haqqında daha ətraflı məlumatla Azərbaycan İpoteka Fondunun rəsmi internet ünvanından http://www.amf.az/az/ tanış ola bilərsiniz.

“Bank of Baku”nun təqdim etdiyi bu və digər kredit məhsulları haqqında məlumatı bu linkə http://www.bankofbaku.com/az/loans/ keçid alaraq və ya Bankın 145 Məlumat Mərkəzinə zəng edərək əldə etmək olar.

Daha ətraflı:

145 məlumat mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR