Türkiyə Superkuboku Bakıda keçirilməyəcək

Türkiyə Superkuboku Bakıda keçirilməyəcək
# 06 iyul 2017 09:21 (UTC +04:00)

Türkiyə Superkubokunun yeri müəyyənləşib. Apasport.az-ın Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytına istinadən məlumatına görə, həlledici qarşılaşma Samsunda baş tutacaq.

TFF bir müddət əvvəl Superkubok matçının ölkə xaricində keçirilməsini planlaşdırırdı ki, variantlar arasında Bakı da var idi. Lakin son çempion “Beşiktaş”la ölkə kubokunun qalibi “Konyaspor”un Samsunda yeni inşa edilən stadionda üz-üzə gəlməsi qərara alınıb.

Superkubok avqustun 7-də baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR