Elmin İnkişafı Fondu və Bakı şəhər Mədəniyyət və Turizm İdarəsində yoxlama aparılıb

Elmin İnkişafı Fondu və Bakı şəhər Mədəniyyət və Turizm İdarəsində yoxlama aparılıb
# 06 oktyabr 2017 14:31 (UTC +04:00)

Hesablama Palatasının Kollegiya iclası keçirilib.

APA-nın məlumatına görə, Kollegiya iclasında dövlət büdcəsindən Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fonduna və Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinə ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.

Kollegiyaya dəvət olunmuş Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev və baş mühasibi Leyla Abdullayeva, həmçinin Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəis müavini Nazim Əliyev, Maliyyə-iqtisad sektorunun müdiri Bəsirət Cəfərova, 1 nömrəli Maliyyə və İqtisadi Regional Bölmənin baş mühasibi Səyyarə Mustafayeva və 2 nömrəli Maliyyə və İqtisadi Regional Bölmənin baş mühasibi Olqa Abbasova müzakirələrdə iştirak edib, Kollegiya üzvlərinin suallarını cavablandırıblar. Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.

İclasda aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib. Eyni zamanda bir neçə nəzarət tədbiri üzrə proqramlar təsdiq olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR