MM üzvü Qırğızıstanda referendumu müşahidə edəcək

MM üzvü Qırğızıstanda referendumu müşahidə edəcək
# 08 dekabr 2016 07:28 (UTC +04:00)

Millət vəkili Musa Quliyev sabah Bişkekə səfər edəcək.

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, M. Quliyev Qırğızıstan Konstitusiyasına dəyişikliklərlə əlaqədar keçiriləcək referendumu MDB Parlament Assambleyasının və MDB-nin İcraiyyə komitəsinin xətti ilə müşahidə edəcək.

Digər müşahidəçilərlə bərabər o, bir sıra seçki məntəqələrində olacaq, prosesin gedişini və vətəndaşların fəallığını izləyəcək.

Səfər dekabrın 13-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR