İdxalı yerli istehsalla əvəzlənə bilən məhsulların siyahısı müəyyən edilməyib - MONİTORİNQ

İdxalı yerli istehsalla əvəzlənə bilən məhsulların siyahısı müəyyən edilməyib - MONİTORİNQ
# 11 sentyabr 2017 14:58 (UTC +04:00)

Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsinin yanvar-iyun ayları ərzində icra vəziyyəti açıqlanıb.

"APA-Economics" xəbər verir ki, sənəddə əsas hədəflər kimi mövcud aktivlərin optimallaşdırılması, rəqabətədavamlı sektorun yaradılması, maliyyə dəstəyinin təmin edilməsi və beynəlxalq əməkdaşlığın həyata keçirilməsi göstərilib.

Ümumi nəticəyə nəzər saldıqda məlum olur ki, cari ilin ilk yarısında nəzərdə tutulmuş tədbirlərin 3%-i icra olunub, 67%-nin icrasına başlanılıb, 30%-nin isə icrasına başlanılmayıb.

Hədəflərə gəlincə, mövcud aktivlərin optimallaşdırılmasının 73%-nin icrasına başlanılıb, 27%-i icra olunmayıb, rəqabətədavamlı sektorun yaradılmasının 55%-nin icrasına başlanılıb, 45%-nin icrasına başlanılmayıb, maliyyə dəstəyinin təmin edilməsi və beynəlxalq əməkdaşlığın həyata keçirilməsinin 13%-i icra olunub, 75%-nin icrasına başlanılıb, 12%-nin icrasına başlanılmayıb.

Əsas icraçı qurumların performansı isə aşağıdakı kimidir:

Qurumun adı

Performansı

(faizlə)

Məsul olduqları tədbirlərin sayı

Tarif Şurası

50%

4

Əmlak Məsələləri Dövlət Komitəsi

50%

3

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi

50%

2

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi

50%

1

Müdafiə Sənayesi Nazirliyi

50%

1

Azərbaycan Milli Elmlər Akademiyası

50%

1

Təhsil Nazirliyi

50%

1

İqtisadiyyat Nazirliyi

28%

16

Energetika Nazirliyi

0%

1

Ümumilikdə, Strateji Yol Xəritəsində əksini tapmış prioritetlərin icra vəziyyəti ilə bağlı ilin ilk yarısında 37%-lik proqres müşahidə olunub.

Görülmüş işlər barədə qısa məlumat:

Sənaye müəssisələrinin kadr təminatının yaxşılaşdırılması məqsədilə ilk peşə-ixtisas və ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların təsnifatına yenidən baxılaraq dəyişikliklər edilməsi ilə bağlı təkliflər hazırlanıb, bəzi işəgötürənlər və elmi tədqiqat institutları tərəfindən müxtəlif universitetlərin təhsil və elmi-texniki inkişaf baxımından dəstəklənməsi istiqamətində iş aparılmış, enerjidən istifadədə optimal səmərəliliyə nail olmaq məqsədilə yanacaq-enerji balansının tərtib edilməsi qaydalarının hazırlanmasına başlanılıb. Bununla yanaşı, aktivlərin və mövcud potensialın mərkəzi reyestrinin yaradılması istiqamətində sənayedə istifadə olunmayan aktivlər və təbii resurslar üzrə mərkəzi reyestrdə əks olunacaq əsas məlumatların strukturu formalaşdırılmış, yerli kontentin inkişafı ilə əlaqədar İqtisadiyyat Nazirliyi, SOCAR, BP, yerli maşınqayırma müəssisələri, eləcə də Sumqayıt Kimya Sənaye Parkının rezidentləri arasında görüşlər keçirilib, dünya təcrübəsi araşdırılıb. “Daşkəsən Filizsaflaşdırma” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməsi istiqamətində müxtəlif şirkətlərlə danışıqlar aparılıb, “Azəralüminium” ASC-nin sağlamlaşdırılması və fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə təkliflər hazırlanıb.

İnvestisiya məlumat bankının hazırlanması üçün sahə üzrə əsas tələblər müəyyən olunub, eləcə də, “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə

uyğunlaşdırılmasına dair 2018-2025-ci illər üzrə Dövlət Proqramı”nın layihəsi hazırlanıb.

Azərbaycan prezidentinin “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 13 iyul tarixli 2199 nömrəli və “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” prezidentin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi barədə” 2017-ci il 2 iyun tarixli 2947 nömrəli

sərəncamlarına uyğun olaraq, “Doing Business” və bir sıra digər beynəlxalq hesabatlarda Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması istiqamətində bir sıra normativ hüquqi aktlarda dəyişikliklərlə bağlı layihələr hazırlanaraq təsdiq edilib.

Əsas problemlər:

- Özəl investisiya əsasında model müəssisənin (zavodun) yaradılmasının dəstəklənməsi və idxalı yerli istehsalla əvəzlənə bilən məhsulların siyahısının müəyyən edilməsi, eləcə də regional tələbat baxımından dəyər zəncirlərində iştirakın təmin olunması üzrə tədbirlərin icrası ilə bağlı iş aparılmayıb;
- Biznes və investisiya mühitinin təkmilləşdirilməsi ilə bağlı qanunvericilikdə zəruri dəyişikliklər edilməsinə baxmayaraq, bir sıra tapşırıqların icrası istiqamətində işlər sürətli şəkildə getmir.

Tövsiyələr:

- Strateji Yol Xəritəsində icra müddətinin 2017-ci il müəyyən edildiyi tədbirlərin icrası istiqamətində işlər sürətləndirilə və yaradılmış işçi qrupların fəaliyyətinin səmərəliliyi artırıla bilər;

- Ölkədə biznes və investisiya mühitinin yaxşılaşdırılması məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş islahatların aidiyyəti qurumlar tərəfindən effektiv tətbiqinin təmin edilməsi ilə bağlı işlər sürətləndirilə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR