Azərbaycanda qadınlara səsvermə hüququ verilməsinin 100 illiyi qeyd olunacaq

Azərbaycanda qadınlara səsvermə hüququ verilməsinin 100 illiyi qeyd olunacaq
# 22 sentyabr 2017 10:13 (UTC +04:00)

Gələn il Azərbaycanda şərqdə ilk dəfə olaraq qadınlara seçmə, seçilmə hüququnun verilməsinin 100 illiyi qeyd olunacaq.

APA-nın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib. O bildirib bu ildönümü dövlət səviyyəsində qeyd ediləcək: “Bu, bizim qazancımızdır və biz bu hüquqları qoruyub saxlayırıq. Azərbaycanda ilk bələdiyyə seçkilərində 4 faiz qadın seçilmişdisə, aparılan maarifləndirmə sayəsində artıq bələdiyyələrdə təmsil olunan qadınların sayı 38 faizə çatıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR