Sumqayıt Kimya Sənaye Parkına 700 mln. manatdan çox investisiya yatırılacaq

Sumqayıt Kimya Sənaye Parkına 700 mln. manatdan çox investisiya yatırılacaq
# 24 iyul 2015 06:44 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Sumqayıt Kimya Sənaye Parkında 4 rezident qeydiyyatdan keçib və bu rezidentlər tərəfindən 700 mln. manatdan çox investisiya qoyuluşu nəzərdə tutulur.

İqtisadiyyat və Sənaye Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, bu barədə qurumun dünən keçirilən kollegiya iclasında nazir, kollegiyanın sədri Şahin Mustafayev deyib.

Prezident İlham Əliyevin müəyyənləşdirdiyi vəzifələrin icrası barədə danışan Ş. Mustafayev bildirib ki, ölkəmizdə həyata keçirilən sənayeləşmə siyasətinə uyğun olaraq, Sumqayıt Kimya Sənaye və Balaxanı Sənaye parklarında infrastrukturun yaradılması, Mingəçevir və Qaradağ sənaye parklarının təşkili işləri davam etdirilir.

Nazir bildirib ki, Balaxanı Sənaye Parkında isə avtomobil şinlərinin bərpası, işlənmiş mühərrik yağlarının və plastik qabların təkrar emalı üzrə fəaliyyət göstərəcək 3 rezident qeydiyyatdan keçib: “Neftçalada sənaye məhəlləsinin təşkilinə hazırlıq işləri başa çatdırılmış və yaxın vaxtlarda tikinti işlərinə başlanılacaq. Ölkənin digər regionlarında da sənaye parklarının və məhəllələrinin yaradılması istiqamətində araşdırmalar aparılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR