I-VI sinif şagirdləri arasında parazit qurdların yaratdığı xəstəliklərə qarşı profilaktik tədbirlər görüləcək

I-VI sinif şagirdləri arasında parazit qurdların yaratdığı xəstəliklərə qarşı profilaktik tədbirlər görüləcək
# 10 oktyabr 2017 09:51 (UTC +04:00)

Səhiyyə naziri Oqtay Şirəliyev “Şagirdlər arasında dehelmintizasiya proqramının həyata keçirilməsi barədə” əmr imzalayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, sənəd “Azərbaycan Respublikasında 2017-2020-ci illərdə geohelmintozlarla mübarizə və onların profilaktikasına aid Milli Strategiya”ya uyğun olaraq, Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə I-VI sinif şagirdləri arasında helmintozlara qarşı profilaktik tədbirlərin həyata keçirilməsi məqsədi ilə hazırlanıb.

Əmrə əsasən 15 oktyabr -15 noyabr tarixlərində respublikanın şəhər və rayonlarında I-VI sinif şagirdləri arasında helmintozlara qarşı profilaktik müalicə tədbirləri həyata keçiriləcək. Sənəddə qeyd olunan tədbirlərin həyata keçirilməsi üçün müvafiq təşkilatı işlərin görülməsi tapşırılır.

Qeyd edək ki, helmintozlar müxtəlif parazit qurdların-helmintlərin törətdiyi və əhali arasında, xüsusilə də uşaqlar arasında geniş yayılmış parazitar xəstəliklərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR