Yəməndə terror aktı nəticəsində 11 nəfər ölüb

Yəməndə terror aktı nəticəsində 11 nəfər ölüb
# 30 yanvar 2018 10:04 (UTC +04:00)

Yəmənin cənub-şərqindəki Şəbvə sərhəd-buraxılış məntəqəsində terror aktı törədilib.



APA-nın “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, terrorçu-kamikadzenin üzərində olan partlayıcı qurğunu işə salması nəticəsində 11 nəfər ölüb, 3 nəfər yaralanıb.


Hadisə ilə bağlı heç bir qruplaşma məsuliyyəti üzərinə götürməsə də, terror aktının “Əl-Qaidə” tərəfindən törədildiyi güman edilir.


Qeyd edək ki, Şəbvə sərhəd-buraxılış məntəqəsi Birləşmiş Ərəb Əmirlikləri tərəfindən dəstəklənən Yəmən hökumətinin nəzarətindədir. Yəməndə prezident Mansur Hadiyə bağlı qüvvələrlə cənub separatçıları arasında qarşıdurmalar nəticəsində 36 nəfər ölüb, 185 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR