Bakıda şirkət əməkdaşına qarşı soyğunçuluq edən şəxslərə hökm oxunub

Bakıda şirkət əməkdaşına qarşı soyğunçuluq edən şəxslərə hökm oxunub
# 07 sentyabr 2017 09:50 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Rəşad Məhərrəmov və Vahid Şirinovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, V. Şirinov 6 il, R.Məhərrəmov 5 il müddətinə azadlıqdan ediliblər. Vahid Şirinov həmçinin 3000 manat məbləğində cərimə olunub.

Qeyd edək ki, Bakı sakini 23 yaşlı Vahid Şirinov və Fizuli rayon sakini 25 yaşlı Rəşad Məhərrəmov ötən ilin may ayında Bakı sakini, “Avromed” əczaçılıq şirkətinin əməkdaşı Vasif Namazova qarşı soyğunçuluq etməkdə şübhəli bilinərək saxlanılıblar.

Onlar V.Namazovun 800 manat pulunu zorla əlindən alıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR