Rusiya XİN-in internet resursları haker hücumuna məruz qalıb

Rusiya XİN-in internet resursları haker hücumuna məruz qalıb
# 14 iyul 2017 10:52 (UTC +04:00)

Rusiya Xarici İşlər Nazirliyinin elektron poçtu güclü haker hücumuna məruz qalıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, haker hücumu iyunun 29-da günün birinci yarısında baş verib: "Rusiya XİN-in elektron poçtu genişmiqyaslı haker hücumuna məruz qalıb. Araşdırma zamanı məlum olub ki, iyunun 29-da günün birinci yarısında mid.ru domeninin istifadəçilərinin ünvanına kütləvi göndərişlər olub. Bu genişmiqyaslı haker hücumundan sonra Rusiya XİN öz internet resurslarının qorunması üçün əlavə tədbirlər görüb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR