“Türk Hava Yolları”: Qırğızıstanda qəzaya uğrayan yük təyyarəsi və onun heyəti bizə məxsus deyil

“Türk Hava Yolları”: Qırğızıstanda qəzaya uğrayan yük təyyarəsi və onun heyəti bizə məxsus deyil
# 16 yanvar 2017 13:26 (UTC +04:00)

“Türk Hava Yolları” (THY) Qırğızıstanda qəzaya uğrayan yük təyyarəsi ilə bağlı məlumat yayıb.

APA-Economics” şirkətin yaydığı məlumata əsasən xəbər verir ki, qəzaya uğrayan yük təyyarəsi və onun heyəti THY-yə məxsus deyil.

“”ACT Hava Yollarına məxsus TC-MCL qeydiyyat nömrəli yük təyyarəsi HonKonq Beynəlxalq Hava Limanından Bişkek Manas Beynəlxalq Hava Limanı istiqamətində yola düşüb, Bişkek yaxınlığında qəzaya uğrayıb”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, yük təyyarəsinin Qırğızıstanda qəzaya uğraması nəticəsində 37 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR