Şəmkirdə iki avtomobil toqquşub, xəsarət alanlar var

Şəmkirdə iki avtomobil toqquşub, xəsarət alanlar var
# 19 sentyabr 2017 10:52 (UTC +04:00)

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Şəmkir rayonundan keçən hissəsində olub.

Hərəkətdə olan VAZ markalı iki avtomobilin toqquşması nəticəsində rayon sakinləri - 50 yaşlı Əli Sarıyev və 55 yaşlı Arif Məmmədov xəsarət alıb. Onlara tibbi yardım göstərilib, vəziyyətlərinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR