Daşkəsən sakinini it dişləyib

Daşkəsən sakinini it dişləyib
# 09 yanvar 2018 17:54 (UTC +04:00)

Daşkəsən sakini küçə itinin hücumuna məruz qalıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayon sakini 2004-cü il təvəllüdlü Cəfərov Abdulla Arzu oğlu sağ əlin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir. A. Cəfərovun dediyinə görə, küçədə gedən zaman it ona hücum edib və xəsarət yetirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR