Dövlət Komitəsi Azərbaycanda uşaqlarla bağlı ən mühüm problemi açıqlayıb

Dövlət Komitəsi Azərbaycanda uşaqlarla bağlı ən mühüm problemi açıqlayıb
# 13 sentyabr 2017 13:54 (UTC +04:00)

Dövlət Komitəsi Azərbaycanda uşaqlarla bağlı ən mühüm problemi açıqlayıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin aparıcı məsləhətçisi Fərid Ədilov APA-ya bildirib ki, valideynlər hər zaman uşaqlarının müxtəlif problemləri ilə bağlı komitəyə müraciət edir. Onun sözlərinə görə, onların arasında əsas narahatlıq doğuranlardan biri uşaqların internet təhlükəsizliyidir. Ölkədə uşaqların rahat və açıq şəkildə internetə giriş imkanlarının olduğunu deyən F.Ədilov vurğulayıb ki, onların valideynlərindən nəzarətsiz şəkildə internetdən istifadə etməsi, sosial şəbəkələrdə müxtəlif qruplara qoşulmaları psixologiyalarına mənfi təsir edir: “Komitəyə həmçinin uşaqların sağlamlığı, müalicəsi, təhsili və digər məsələlərlə bağlı müxtəlif müraciətlər daxil olur. Xatırladaq ki, noyabrın 20-də keçiriləcək Uşaqların IV Ümumrespublika Forumda onlarla bağlı bir çox məsələlər müzakirə ediləcək, qarşılıqlı fikir mübadiləsi aparılacaq. Foruma ölkənin müxtəlif yerlərindən 400-ə qədər uşağın qatılması nəzərdə tutulur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR