Almaniya Olimpiya İdman Konfederasiyasının baş direktoru: “Avropa Oyunlarında çox yaxşı təşkilatçılığın şahidi olduq”

Almaniya Olimpiya İdman Konfederasiyasının baş direktoru: “Avropa Oyunlarında çox yaxşı təşkilatçılığın şahidi olduq”
# 30 iyun 2015 07:57 (UTC +04:00)

APA-nın məlumatına görə, Almaniya Olimpiya İdman Konfederasiyasının baş direktoru Maykl Vesper “sport1” telekanalına müsahibəsində belə deyib. O bildirib ki, bu oyunlar hələ uzun müddət müzakirə olunacaq: “Oyunlar kifayət qədər ədalətli idarə olundu. Alman idmançılar da xüsusi fəallıq nümayiş etdirdilər. Təbii ki, indi hədəf Rio Olimpiadasıdır. Bakı 2015-də qazanılan təcrübə Olimpiya Oyunlarında iştirak edəcək atletlər üçün mühüm əhəmiyyət kəsb edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR