Bakı və Şəmkirdə ev yanıb

Bakı və Şəmkirdə ev yanıb
# 02 dekabr 2017 15:50 (UTC +04:00)

Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 95 kvadratmetr olan birmərtəbəli 3 otaqlı evdə ev əşyaları 3 kvadratmetr yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin Saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bundan başqa, Şəmkir rayonunda ümumi sahəsi 210 kvadratmetr olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR