Cənub Qaz Dəhlizi layihəsinə indiyədək 30 mlrd. dollardan çox vəsait sərf olunub

Cənub Qaz Dəhlizi layihəsinə indiyədək 30 mlrd. dollardan çox vəsait sərf olunub
# 30 may 2018 11:45 (UTC +04:00)

"Bu ilin aprelin sonunadək Azərbaycan qazının Avropaya nəqli üçün həyata keçirilən Cənub Qaz Dəhlizi layihəsinə tərəfdaşlarla birgə 30 milyard dollardan çox vəsait sərf olunub".

APA-Economics”in məlumatına görə, bunu "Cənub Qaz Dəhlizi" QSC-nin baş direktoru Əfqan İsayev “Xəzər Neft və Qaz-2018” 25-ci Yubiley Beynəlxalq konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ümumi layihə dəyəri 22,7 mlrd. dollar təşkil edən "Şahdəniz -2" layihəsi üzrə aprelin sonuna 17,7 mlrd. dollar xərclənib: “Cənubi Qafqaz Boru Kəməri üzrə xərclərin hesabat dövrünə 4,2 milyard dollar təşkil edib, layihənin ümumi dəyərinin isə 4,5 milyard dollar təşkil edib”, - deyə Ə.İsayev vurğulayıb.

Ə. İsayev bildirib ki, Azərbaycan qazının Türkiyəyə və Avropaya nəqli üçün inşa olunan Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsi üzrə xərclərin həcmi aprelin sonuna 5,4 mlrd. dollar təşkil edib: "Layihənin ümumi dəyəri 8 milyard dollar təşkil edir. Bu il iyunun 12-də Əskişəhərdə boru kəmərinin istismara verilməsi ilə bağlı mərasim keçiriləcək".

Ə.İsayev Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan Trans-Adriatik Boru Kəməri (TAP) üzrə 2,9 mlrd. avro xərcləndiyini, layihənin ümumi dəyərinin isə 4,5 mlrd. avro olduğunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR