Şəkidə 57 yaşlı kişi intihar edib

Şəkidə 57 yaşlı kişi intihar edib
# 04 dekabr 2017 15:04 (UTC +04:00)

Şəkidə intihar hadisəsi baş verib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün saat 14 radələrində rayonun Baltalı kənd sakini, 1960-cı il təvəllüdlü Ümüdvar Əlipaşa oğlu Qədirovun meyiti yaşadığı evin qarşısındakı yardımçı tikilidə asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib.

57 yaşlı Ümüdvar Qədirovun hansı səbəbdən intihar etdiyi məlum deyil.

Faktla bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR