MN: Ermənistan silahlı qüvvələri yaşayış məntəqəmizi atəşə tutub

MN: Ermənistan silahlı qüvvələri yaşayış məntəqəmizi atəşə tutub
# 06 aprel 2017 13:52 (UTC +04:00)

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhədə vəziyyəti yenidən gərginləşdirməyə cəhd edir.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, aprelin 6-da günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri 60 millimetrlik minaatanlardan istifadə etməklə Tərtər rayonunun Qapanlı kəndini atəşə tutub. Atəş nəticəsində mülki əhalinin şəxsi təsərrüfatına ziyan dəyib.

Silahlı Qüvvələrimizin bölmələri tərəfindən dərhal həyata keçirilən cavab tədbirləri nəticəsində düşmən susdurulub, itki yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR