Rusiya FHN-i təyyarə qəzasında ölən əcnəbilərin vətəndaşlığını müəyyənləşdirir

Rusiya FHN-i təyyarə qəzasında ölən əcnəbilərin vətəndaşlığını müəyyənləşdirir
# 11 fevral 2018 20:53 (UTC +04:00)

Moskva yaxınlığında AN-148 tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində ölən üç əcnəbidən ikisinin vətəndaşlığı müəyyənləşdirilir. APA-nın xəbərinə görə, bu barədə Rusiya FHN-in nümayəndəsi İqor Kutrovski bildirib.

Bundan əvvəl təyyarə qəzasında ölən əcnəbilərdən birinin Azərbaycan vətəndaşı olduğu təsdiqlənib.

Orskdakı Azərbaycan icmasından APA-nın Rusiya bürosuna verilən məlumata görə, qəzada ölən Namiq Qəhrəmanov əslən Azərbaycanın Yevlax rayonundan olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR