MKİ rəhbəri Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsi ilə bağlı dindirilib

MKİ rəhbəri Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsi ilə bağlı dindirilib
# 24 yanvar 2018 22:31 (UTC +04:00)

Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeo və ABŞ kəşfiyyatının yüksək rütbəli zabitləri xüsusi prokuror Robert Müllerin komandası tərəfindən dindiriliblər.

APA-nın xəbərinə görə, bu barədə Reuters məlumat verib.

Ötən il araşdırma çərçivəsində M.Pompeo, həmçinin ABŞ Milli Kəşfiyyat Agentliyinin direktoru Den Kouts və Milli Təhlükəsizlik Agentliyinin rəhbəri Maykl Rocers Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsi ilə bağlı ifadə veriblər.

Xatırladaq ki, ABŞ Konqresinin hər iki palatasının müvafiq komitələri Rusiyanın ABŞ-dakı son prezident seçkilərinə müdaxiləsi və Trampın komandasının Rusiya ilə əlaqələrinə dair təhqiqat aparır. Ədliyyə Nazirliyi tərəfindən təyin olunan xüsusi prokuror Robert Müller də analoji təhqiqatı davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR