Bakıda Azərbaycanla Çinin iqtisadi modelləri müzakirə olunub

Bakıda Azərbaycanla Çinin iqtisadi modelləri müzakirə olunub
# 20 sentyabr 2017 13:03 (UTC +04:00)

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində "İqtisadi inkişaf modelləri: Azərbaycan və Çin nümunələri" mövzusunda seminar keçirilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) "APA-Economics"ə verilən məlumata görə, seminarda İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı ölkədə həyata keçirilən strateji yol xəritələri və yeni iqtisadi model quruculuğu barədə çıxış edib. V.Qasımlı qeyd edib ki, Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Böyük İpək yolunun rəqəmsallaşmasına töhfə verir.

"Azexport" portalının rəhbəri Zaur Qardaşov isə adıçəkilən resurs və "Alibaba" arasında olan əməkdaşlıq barədə danışaraq qeyd edib ki, bu günlərdə "Azexport" "Alibaba"nın "uğur hekayəti" kimi qəbul edilib.

Çinin Sosial Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru, professor Pei Canxun isə bildirib ki, onun ölkəsində qlobal çağırışlara uyğun olaraq iqtisadi siyasət yürüdülür. Onun sözlərinə görə, iki ölkənin alimləri arasında əməkdaşlıq hər iki modelin dərindən öyrənilməsi və qarşılıqlı təcrübə mübadiləsi üçün geniş imkanlar var.

Seminarda Böyük İpək yolu boyunca Çin və Azərbaycan arasında iqtisadi əməkdaşlıq perspektivləri də müzakirə olunub. Xüsusilə, qeyd edilib ki, neft-qaz, İKT, aqrar, turizm və digər sahələrdə geniş əməkdaşlıq imkanları var.

Çin İctimai Elmlər Akademiyasının (ÇSEA) İqtisadiyyat İnstitutunun direktoru, professor Pei Çanxunun rəhbərlik etdiyi nümayəndə heyəti həmçinin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi ilə tanış olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR