Goranboy sakini bıçaqlanıb

Goranboy sakini bıçaqlanıb
# 20 sentyabr 2017 09:02 (UTC +04:00)

Gəncədə bıçaqlanma olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, Goranboy rayon sakini, 1990-cı il təvəllüdlü Cəfərov Emil İsmayıl oğlu Gəncədə Dəmir yolu stansiyasının yaxınlığında bıçaqlanıb. Döş qəfəsinin kəsilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilən 27 yaşlı şəxsə tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir. E. Cəfərovun kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR