Paytaxtın inşaat sektorunda işləyənlərin sayı 70 min nəfərə çatıb

Paytaxtın inşaat sektorunda işləyənlərin sayı 70 min nəfərə çatıb
# 04 dekabr 2017 09:46 (UTC +04:00)

2017-ci ilin yanvar-sentyabr aylarında Bakı şəhərinin inşaat sektorunda işçilərin orta siyahı sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,3% artaraq 60,9 min nəfər olub.

Bakı şəhər Statistika İdarəsindən "APA-Economics"ə verilən məlumata görə, orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,1% azalaraq 1051,5 manat təşkil edib.

İxtisaslaşdırılmış tikinti işlərində işləyənlərin əmək haqqı 15,5% azalıb, binaların tikintisində işləyənlərin əmək haqqı 10,1%, mülki təyinatlı inşaat işlərində işləyənlərin əmək haqqı isə 13,8% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR