Rusiyada avtomobil qəzasında dörd nəfər ölüb

Rusiyada avtomobil qəzasında dörd nəfər ölüb
# 02 fevral 2018 07:06 (UTC +04:00)

Rusiyanın Çelyabinsk şəhərində ağır yol qəzası baş verib.

APA-nın xəbərinə görə, Rusiya Daxili İşlər Nazirliyinin Çelyabinsk vilayəti üzrə idarəsinin məlumatında bildirilir ki, "Mitsubishi Lancer" markalı avtomobilin sürücüsü idarəetməni itirərək qarşı yola çıxıb və ək istiqamətdə hərəkətdə olan eyni markalı avtomobillə toqquşub.

Qəza nəticəsində ilkin məlumata görə, dörd nəfər ölüb, xəsarət alanların sayı dəqiqləşdirilir.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları və xilasedicilər işləyir.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR