İrandan Azərbaycana psixotrop maddə keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana psixotrop maddə keçirilməsinin qarşısı alınıb
# 21 dekabr 2016 08:51 (UTC +04:00)

Astara Gömrük İdarəsində İrandan Azərbaycana sərnişin avtobusu ilə gələn İran vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, yoxlama zamanı həmin şəxsin üzərində gömrük nəzarətindən gizlədilmiş 2 ədəd bükümdə, xalis çəkisi 1,947 qram təşkil edən psixotrop maddə - metamfetamin aşkar olunaraq götürülüb.

Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in I Siyahısına daxildir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR