Gürcüstanda İran vətəndaşları külli miqdarda heroinlə tutulub

Gürcüstanda İran vətəndaşları külli miqdarda heroinlə tutulub
# 27 yanvar 2018 11:25 (UTC +04:00)

Gürcüstanda qanunsuz narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən İranın 4 vətəndaşı saxlanılıb.

APA-nın yerli bürosu Gürcüstanın Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, onların ikisinin üzərində axtarış zamanı bir kiloqrama yaxın heroin aşkar olunub.

Külli miqdarda heroini Gürcüstana keçirməyə cəhd etmiş şəxslərin narkotik vasitələrin beynəlxalq dövriyyəsi şəbəkəsinin üzvləri olduğu müəyyən olunub. Onların Türkiyə və Avropa ölkələrinə Əfqanıstandan narkotik vasitələr daşıdıqları bildirilir.

Faktla bağlı istintaq aparılır. İran vətəndaşlarını 8 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.

DİN-nin məlumatında qeyd olunub ki, cari ilin yanvarın 21-də Tbilisi beynəlxalq hava limanında daha 2 İran vətəndaşı saxlanılıb. Onların üzərində axtarış zamanı konfet halında qablaşdırılmış 3,8 kiloqram opium müsadirə olunub. İran vətəndaşları 15 ildən 20 ilədək və ya ömürlük həbs oluna bilərlər.

Gürcüstanda son aylar ərzində ümumilikdə 2 kiloqrama yaxın heroin, 4 kiloqrama qədər opium və böyük həcmdə müxtəlif narkotik və psixotrop dərman vasitələri müsadirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR