Əmanətlərin Sığortalanması Fondunun sabiq əməkdaşlarına hökm oxunub

Əmanətlərin Sığortalanması Fondunun sabiq əməkdaşlarına hökm oxunub
# 21 noyabr 2017 09:42 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və vəzifə saxtakarlığında təqsirləndirilən Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun əməkdaşları Rəhim Rəhimbəyli və Vüqar İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, R. Rəhimbəyli və V. İbrahimovun hər birinə 1 il 6 aylıq sınaq müddəti təyin edilməklə, şərti cəza verilib.

Məhkəmə onların istintaq dövründə dəymiş ziyanı tam olaraq ödəməsini nəzərə alıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Əmanətlərin Sığortalanması Fondunda (ADİF) işləyərkən fonda məxsus 65 min manat vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilirlər.

Hər iki şəxs haqqında Cinayət Məcəlləsinin 187.3.2 (dələduzluq; külli miqdarda törədildikdə), 313 (vəzifə saxtakarlığı) maddəsi ilə cinayət işi başlanıb və barələrinə başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR