ABŞ konqresmenləri Myanmara qarşı sanksiyalar tətbiq etməyə çağırıb

ABŞ konqresmenləri Myanmara qarşı sanksiyalar tətbiq etməyə çağırıb
# 19 oktyabr 2017 03:10 (UTC +04:00)

40-dan çox ABŞ Konqresinin üzvü Tramp administrasiyasını Myanmara qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, konqresmenlər müvafiq məktubla ABŞ-ın dövlət katibi Reks Tillersona müraciət ediblər.

Konqresmenlər Myanmarda Rohinca müsəlmanlarına qarşı törədilən zorakı hadisələrə görə məsuliyyət daşıyan şəxslərə qarşı sanksiyaların tətbiqinə çağırıblar.

2012-ci ildə Obama administrasiyası Myanmarla diplomatik münasibətləri bərpa edib, insan haqlarını pozduğu üçün bu ölkəyə tətbiq edilən sanksiyaları ləğv edib.

Xatırladaq ki, avqustun sonunda “Arakan Rohinca Qurtuluş Ordusu” qruplaşması ilə Myanma hökumət qüvvələri arasında baş verən toqquşmaların hərbi münaqişəyə çevrilməsi yüzlərlə dinc əhalinin qətlinə səbəb olub, minlərlə müsəlman-rohincanı ölkəni tərk etməyə məcbur edib. Beynəlxalq Miqrasiya Təşkilatının hesablamalarına görə, son üç ay ərzində Myanmardan qonşu Banqladeşdə 500 mindən çox qaçqın gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR