ASAN könüllüləri Binəqədi RİH-də təcrübə keçirlər

ASAN könüllüləri Binəqədi RİH-də təcrübə keçirlər
# 25 iyul 2017 12:47 (UTC +04:00)

Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçməyə başlayan “ASAN Könüllüləri Gənclər Təşkilatı”nın Master-2 layihəsi çərçivəsində 10-cu qrupun üzvləri ilə görüş keçirilib.

APA-nın məlumatına görə, görüşdən öncə könüllü gənclər YAP Binəqədi rayon təşkilatının inzibati binası, Heydər Əliyev adına istirahət parkı, Binəqədi RİH başçısı Aparatının inzibati binası ilə tanış olublar, onlara ətraflı məlumat verilib.

Tanışlıqdan sonra gəncləri Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva qəbul edib. O, gənclərin könüllü olaraq məhz Binəqədi rayon İcra Hakimiyyətini seçməsini sevindirici hal olduğunu vurğulayıb və onlara bu işdə uğurlar diləyib.

Gənclər Binəqədi RİH başçısı Aparatında iki aylıq iş təcrübəsinə başlayıblar, onlar peşə istiqamətlərinə uyğun olaraq öz istəklərinə əsasən müvafiq şöbələr üzrə bölüşdürülüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR