Qaradağda məcburi köçkünlər üçün 4 bina və infrastrukturun qurulmasına 20,6 mln. manat xərclənəcək

Qaradağda məcburi köçkünlər üçün 4 bina və infrastrukturun qurulmasına 20,6 mln. manat xərclənəcək
# 08 fevral 2018 13:40 (UTC +04:00)

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu 9 şirkətlə ümumi dəyəri 20 mln. 567 min 971,12 manat olan satınalma müqaviləsi bağlayıb.

APA-Economics” xəbər verir ki, fondun Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi ərazisində 500 məcburi köçkün ailəsi (2-ci mərhələdə - 300 ailə) üçün salınan məhəllədə şaquli planlaşdırma, yol-küçə şəbəkəsi və abadlıq işlərinin aparılması üçün elan etdiyi tenderin qalibi “Azeri Serves Ltd” MMC olub. Fond şirkətlə dəyəri 711 min 860,20 manat olan müqavilə bağlayıb.

Bundan başqa, Qaradağ rayonu, Ümid qəsəbəsi ərazisində 500 məcburi köçkün ailəsi (2-ci mərhələdə - 300 ailə) üçün salınan məhəllədə istilik təchizatının qazanxana ilə birlikdə və qaz təchizatın sisteminin tikintisi üçün “Tunel Metro İnşaat” MMC ilə dəyəri 671,984 min manatlıq, həmin ərazidə su təchizatı və kanalizasiya sisteminin tikintisi işləri üçün “Azərsutəchizattikinti” ASC ilə 263 min 991,69 manatlıq, sahədaxili elektrik təchizatı şəbəkəsinin tikintisi işləri üçün “İnterenerqo Müəssisəsi ilə 319,650 min manatlıq, 140 yerlik uşaq baxçasının, klub-icma mərkəzinin, inzibati binanın və həkim məntəqəsinin tikintisi işləri üçün “Tunel Metro İnşaat” MMC ilə 3 mln. 14 min 616,86 manatlıq, 5 mərtəbəli 60 mənzilli 7 №-li binanın tikintisi işləri üçün “Azeri Serves Ltd” MMC ilə 3 mln. 251 min 85,48 manatlıq, 5 mərtəbəli 80 mənzilli 6 №-li binanın tikintisi işləri üçün “Rabitəinşaat” ASC ilə 4 mln. 200,329 min manatlıq, 5 mərtəbəli 80 mənzilli 5 №-li binanın tikintisi işləri üçün “Lanel” MMC ilə 4 mln. 64 min 468,45 manatlıq, 5 mərtəbəli 80 mənzilli 4 №-li binanın tikintisi işləri üçün “Şəms-95” ММC ilə 4 mln. 69 min 985,44 manatlıq satınalma müqaviləsi bağlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR