Ucarda iki maşın toqquşub, bir nəfər ölüb

Ucarda iki maşın toqquşub, bir nəfər ölüb
# 14 iyul 2017 09:45 (UTC +04:00)

Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, iyulun 13-də saat 23 radələrində Ucar rayonunun Küçəkənd kəndi ərazisində rayon sakini Razim İsayev idarə etdiyi "VAZ-21154" markalı avtomobili qarşıda gedən Samux rayon sakini Hafiz Məmmədovun idarə etdiyi "KamAZ" markalı avtomobilə vurub və nəticədə R.İsayev hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR