Goranboyda silah-sursat aşkarlanıb

Goranboyda silah-sursat aşkarlanıb
# 05 aprel 2018 14:18 (UTC +04:00)

Xocalı polisi Goranboy rayonu ərazisində silah-sursat aşkar edib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayonunun Ağcakənd qəsəbəsi ərazisində daşla üstü örtülməklə torpağa basdırılmış şəkildə müxtəlif növ silah-sursat aşkar edilərək götürülüb.

Tapılan silah-sursat arasında RQD-5, F-1 əl qumbaraları və alışdırıcıları, müxtəlif çaplı patronlar, avtomat darağı, kustar üsulla hazırlanan tapança var.

Silah-sursatın ötən əsrin 90-ci illərinin əvvəlində I Qarabağ müharibəsi zamanından qaldığı ehtimal olunur. Sözügedən ərazidə döyüş getdiyindən çox güman ki, tapılan silah-sursatın o illərə aid olduğu istisna edilmir.

Faktla bağlı Xocalı rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR