Ucarda avtomobil aşıb, ölən var

Ucarda avtomobil aşıb, ölən var
# 23 fevral 2019 15:40 (UTC +04:00)

Ucarda ölümlə nəticələnən yol qəzası baş verib.

ONA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün günorta saatlarında Ucar-Zərdab yolunun Ucar rayonunun Qazyan kəndindən keçən hissəsində qeydə alınıb. “LADA” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə “LADA”nın sürücüsü aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Zahid Abışov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR