"Mənim Azərbaycanım” Ümumrespublika Gənclər Festivalı keçirilib

"Mənim Azərbaycanım” Ümumrespublika Gənclər Festivalı keçirilib
# 24 may 2018 16:00 (UTC +04:00)

Bu gün Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş "Mənim Azərbaycanım” Ümumrespublika Gənclər Festivalı keçirilib.

APA-nın məlumatına görə, tədbirdə Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, millət vəkilləri iştirak ediblər.

Tədbirin əvvəlində iştirakçılar Xalq Cümhuriyyətinə həsr olunmuş sərgi stendə baxıb. Daha sonra Festivalda Xalq Cümhuriyyətinin elan olunması, Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsi, Bakıda Azərbaycan parlamentinin fəaliyyətə başlaması, dövlət quruculuğu sahəsində görülən işlər, Xalq Cümhuriyyətinin süqutuna dair ədəbi-bədii kompozisiya təqdim olunub. Eyni zamanda sovetlər dövründə Heydər Əliyevin milli-mənəvi dəyərlərin qorunması sahəsində fəaliyyəti, sosial və iqtisadi sahədə qazanılan uğurlar, gələcək müstəqil Azərbaycan üçün müxtəlif sahələrdə yaradılan bazis, Heydər Əliyevin müstəqil Azərbaycanın dövlətçiliyinin qorunması, inkişafı, prezident İlham Əliyevin rəhbərliyi altında bu siyasətin uğurla davam etdirilməsinə həsr olunmuş sənədli film nümayiş olunub.

Festival konsert proqramı ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR