Eldar Sultanov: “Prokurorluq tərəfindən "AAAF Park”da hər hansı axtarış aparılmır”

Eldar Sultanov: “Prokurorluq tərəfindən "AAAF Park”da hər hansı axtarış aparılmır”
# 22 sentyabr 2017 12:26 (UTC +04:00)

Prokurorluq tərəfindən "AAAF Park”da hər hansı axtarış aparılmır.

Bu barədə APA-nın sorğusuna cavabında Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.

O qeyd edib ki, bəzi KİV-də prokurorluq əməkdaşları tərəfindən guya "AAAF Park” Yaşayış Kompleksinin ərazisindəki obyektlərdə axtarış aparılması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil və təkzib olunur.

Şirkətdən isə APA-ya bildirilib ki, şirkətin rəhbəri Tofiq Heydərov hazırda xaricdə səfərdədir.

Qeyd edək ki, "olke.az" saytı "AAAF Park” Yaşayış Kompleksin ərazisindəki obyektlərə prokurorluq tərəfindən həbs qoyulması və şirkətin rəhbəri Tofiq Heydərovun həbs edilməsi barədə məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR