Tovuz sakini bədbəxt hadisə nəticəsində ölüb

Tovuz sakini bədbəxt hadisə nəticəsində ölüb
# 20 iyul 2017 13:40 (UTC +04:00)

Tovuz rayon sakini ehtiyatsızlıq nəticəsində dünyasını dəyişib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Qovlar şəhərində qeydə alınıb.

Rayonun Alakol kənd sakini, 1988-ci il təvəllüdlü İsayev Elçin Qurban oğlu hərəkətdə olan traktora qoşulan ot ilə yüklənmiş qoşqunun üstündə gedən zaman ehtiyatsızlıq nəticəsində yerə yıxılıb. Ağır dərəcəli kələ-beyin travması alan E. İsayev hadisə yerində ölüb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR