ABŞ vitse-prezidenti Gürcüstana səfər edib

ABŞ vitse-prezidenti Gürcüstana səfər edib
# 31 iyul 2017 17:51 (UTC +04:00)

ABŞ-ın vitse-prezidenti Mayk Pensin Gürcüstana rəsmi səfəri başlayıb.

APA-nın yerli bürosunun məlumatına əsasən, Mayk Pens və xanımı Karen Pensi Tbilisi beynəlxalq hava limanında Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili qarşılayıb.

M. Pens sabah Gürcüstan baş naziri Giorgi Kvirikaşvili və NATO-nun “Layiqli tərəfdaş 2017” təlimlərində iştirak edən hərbçilərlə görüşəcək.

ABŞ rəsmisi həmçinin Gürcüstanın müxalifət partiyalarının nümayəndələri ilə görüş keçirəcək.

M. Pensin Gürcüstana səfəri avqustun 1-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR