“Qadın hüquqlarının müdafiəsi: beynəlxalq və milli aspektlər” kitabının təqdimatı keçirilib

“Qadın hüquqlarının müdafiəsi: beynəlxalq və milli aspektlər” kitabının təqdimatı keçirilib
# 05 aprel 2018 10:34 (UTC +04:00)

Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) və Konstitusiya Araşdırmaları Fondunun dəstəyi ilə hazırlanmış “Qadın hüquqlarının müdafiəsi: beynəlxalq və milli aspektlər” kitabının təqdimatı keçirilib.

APA-nın məlumatına görə, təqdimatda komitə sədri Hicran Hüseynova, USAİD-in Azərbaycandakı missiyasının direktoru Mikaela Meredis, deputatlar, QHT nümayəndələri və digər qonaqlar iştirak ediblər.

H. Hüseynova bildirib ki, Azərbaycanda əhalinin 50 faizindən çoxunu qadınlar təşkil edir: “İstənilən cəmiyyətdə qadın hüquqları qorunursa, hər kəsin hüquqlarının qorunduğunu söyləmək olar. Lakin razılaşmaq olar ki, bu gün bütün cəmiyyətlərdə insanların hüquqları bərabər şəkildə qorunmur. Azərbaycanda isə qadın hüquqlarının qorunması dövlət siyasətinin tərkib hissəsini təşkil edir. Ölkədə "Məişət zorakılığı haqqında" qanunun qəbulu dövlətin qadın hüquqlarının qorunmasına xüsusi önəm verdiyini bir daha göstərir. Bu gün Azərbaycan qadınları dövlətin yaratdığı bütün imkanlardan bəhrələnir. Qadın problemlərinin azaldılması və həlli istiqamətində qadınların özləri də səy göstərməlidirlər. Öz hüquqlarını bilməklə və vəzifələrini yerinə yetirməklə qadınlar özləri də bir çox problemlərin həllinə töhfə vermis olurlar”.

M. Meredis Azərbaycanda qadın hüquqları ilə bağlı hələ ötən əsrin əvvəlindən ciddi addımlar atıldığını təqdir etdiklərini bildirib. O, qadınların təqdim olunan kitabdan öz hüquqları barədə mükəmməl məlumatlanacaqları vəsait kimi istifadə edə biləcəklərini deyib.

Tədbir digər çıxışlarla davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR