Maliyyə Nazirliyinin 20 mln. manatlıq dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Maliyyə Nazirliyinin 20 mln. manatlıq dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
# 25 iyul 2017 16:19 (UTC +04:00)

Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 182 gün tədavül müddətli, 20 mln. manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən “APA-Economics”ə verilən məlumata görə, hərrac zamanı 15 investor tərəfindən 31 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 78 mln. 979 min manat təşkil edib.

Sifarişlər 93,0766 manat (15,0000%) və 96,1640 manat (8,0441%) qiymət intervalında təqdim edilib.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 95,4106 manat (9,7000%) orta ölçülmüş qiyməti 96,0267 (8,3439%) təşkil edib.

İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 20 mln. manat təşkil edib.

İstiqrazların ödəmə tarixi 23.01.2018-ci ildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR